2024/25 mövsümündən başlayaraq Çempionlar Liqasının püşkatmasının formatında dəyişilik olunacaq.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Daha öncədən elan edildiyi kimi, yeni mövsümdən Çempionlar Liqasının əsas mərhələsində komanda sayı 32-dən 36-ya yüksələcək. Ənənəvi qrup formatını vahid liqa əvəzləyəcək. "İsveçrə sistemi" də adlandırılan bu yarışda turnir liqa üsulu ilə oynanacaq. 36 komandanın iştirak edəcəyi yarışda hər komanda indi qrupda olduğu kimi, 3 fərqli ölkənin klubları ilə üst-üstə 6 deyil, 8 fərqli komanda ilə 8 matç keçirəcək. Püşkün nəticəsinə əsasən, oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
Məlumata görə, püşkatma zamanı 36 komanda 4 ayrı səbətdə yer alacaq. Onların hər birinin rəqibi hər səbətdən çıxacaq 2 komanda olacaq.
"Sky Sports"un yaydığı xəbərə görə, budəfəki püşkatma prosesinin uzun vaxt apara biləcəyini düşünən UEFA müəyyən dəyişiliklərə getmək qərarı verib. Püşkatmaların təcrübəsi göstərib ki, yeni formatda əl ilə püşkatma 3-4 saat çəkə bilər. Bu müddəti çox uzun hesab edən UEFA rəsmiləri yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə etməyi məqsədəuyğun sayıblar. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların bir qrupda oynayacağı 8 rəqibi seçəcək.
Yeni püşk formatının indi olduğu kimi təxminən 35 dəqiqə çəkəcəyi gözlənilir.
Bildirilir ki, kompüter proqram təminatı ölkə müdafiəsini də nəzərə alacaq və çox qeyri-adi hallar istisna olmaqla, klublar öz ölkələrinin rəqiblərinə qarşı oynamayacaqlar. Bundan başqa, klublar eyni ölkədən maksimum iki rəqiblə qarşılaşacaqlar.
Böyük Britaniyanın İT şirkətinin püşkatmanın rəqəmsal hissəsini idarə edəcək proqram təminatı hazırlayacağı bildirilib. Onun iki ehtiyat proqram təminatı sistemi də olacaq. Yeni püşkatma sistemini Ernst & Young audit və konsaltinq şirkətinin yoxlayacağı qeyd edilib.
Əlavə edək ki, 2024/25 mövsümündən Avropa Liqası və Konfrans Liqasında da vahid liqalar yaradılacaq. Bənzər püşkatmanın bu liqalarda da tətbiqi gözlənilir.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev