Berti Foqts Bakı Slavyan Universitetində (FOTOLAR)

XƏBƏR 11 Mart 2011 / 16:55 2502
-  A +

Bakı Slavyan Universitetinin "Elmi əsərlər" məcmuəsinin Almaniyanın Osvald Fon Volkenştayn Cəmiyyəti ilə birgə hazırlanmış xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. Qol.Az-ın məlumatına gö-rə, "Kitabi Dədə Qorqud" dastanının görkəmli alman şərqşünası Haynrix Fridrix fon Dits tərəfindən ilk nəşrinin 195 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da iştirak edib.

Mərasimdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla və  Osvald Fon Volkenştayn Cəmiyyətinin sədri, professor Siqlende Hartmann çıxış edərək tədbirin əhəmiyyəti barədə fikirlərini bildirib, iştirakçılara geniş məlumat veriblər. Çıxış edən natiqlər tədqiqatın mühüm əhəmiyyət kəsb etdiyini bildirərək araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Milli komandamızın baş məşqçisi Berti Foqts isə çıxışında Azərbaycan və Almaniya arasında bir çox sferalarda, həmiçinin futbol sahəsində qarşılıqlı əməkdaşlığın mövcud olduğunu deyib və bunu müsbət hal kimi qiymətləndirib.

Təqdimat mərasimi başa çatdıqdan sonra Berti Foqts Bakı Slavyan Universitetinin Alman Tədris-Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb.


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər