Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə “Qarabağ” müxtəlif nominasiyalarda ən yaxşılar sırasında yer alıb.
QOL.az xəbər verir ki, buna komandanın il ərzində qazandığı nailiyyətlər səbəb olub. Klub 2022/23 mövsümündə Azərbaycan çempionu adını 10-cu dəfə qazanıb.
Ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə yüksələn “Qarabağ” Avropa Liqasında da tarixi uğura imza atıb. Qurban Qurbanovun komandası turnirin pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Mükafat klub prezidenti Tahir Gözelə təqdim olunub.
Komandanın baş məşqçisi Qurban Qurbanov iki mükafata layiq görülüb. Təcrübəli mütəxəssis İlin ən yaxşı məşqçisi adını qazanıb. Baş məşqçi həm də İlin Ədalətli oyun (Fair Play) mükafatı ilə təltif olunub.
Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmi də mükafatlandırılıb. Premyerası bu il olan film İlin ən yaxşı idman filmi nominasiyasında qalib gəlib. "Qarabağ" isə İlin ən yaxşı idman klubu nominasiyasında 3-cü olub.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov