Xankəndi stadionunda "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.
Qol.az-ın xəbərinə görə, artıq stadionunda yeni oturacaqların quraşdırılması başa çatıb. Tribunanın arxa qapılarından birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərində isə "Xankəndi" sözləri yazılıb.
Bu arada tanınmış aparıcı Sənan Şəfizadə özünün İnstaqram səhifəsində Xankəndi stadionundan yeni şəkilllər paylaşıb. Şəkillər axşam vaxtı çəkilib. Həmin anda projektor işığı altında arenada texniki işlərin həyata keçirildiyi görünür. Bundan başqa, stadionda elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
Yuxarı
Musiala rekordçu oldu
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi