Azərbaycan Voleybol Federasiyası son günlər “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının üzləşdiyi maliyyə çətinliyi ilə bağlı məsələlərə münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, federasiyanın bununla bağlı yaydığı açıqlamada bildirilir ki, Azərbaycan milli çempionatlarında təmsil olunan klubları maliyyə resurslarını özləri müəyyən edir və voleybolçularla müqavilələr bağlayaraq hazırlıq proseslərinə başlayırlar:
“Azərbaycan Voleybol Federasiyası müvafiq qaydada çempionatın keçirilməsi ilə bağlı mümkün maliyyə imkanları çərçivəsində komandalara dəstək göstərir.
Beləliklə, digər komandalar kimi “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları da göstərilən meyarlar əsasında “Yüksək Liqa”da çıxış etmək üçün Azərbaycan Voleybol Federasiyasına müraciət edib. Əlavə olaraq, “Xarı Bülbül Şuşa” komandasının avrokubok oyunlarında iştirakı ilə əlaqədar yaranacaq xərclərlə bağlı “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası qarşısında öhdəlik götürüb və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib.
“Yüksək Liqa” çempionatının və avrokubok yarışlarının gedişatında “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları maliyyə çətinliyi ilə əlaqədar Azərbaycan Voleybol Federasiyasına müraciət edib və federasiya öz növbəsində müvafiq köməkliyin göstərilməsi üçün klublardan oyunçularla müqavilə şərtləri haqqında məlumatlar istəyib. Sözügedən məlumatlar federasiyaya təqdim edilməsə də, hər iki komandanın bir aylıq əmək haqları klubun hesabına köçürülüb”.
Qeyd edilib ki, Azərbaycan Voleybol Federasiyası buna qədər də öz imkanları daxilində sözügedən klublara dəstək olub: “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının bütün mövsüm ərzində GİN-in Voleybol Mərkəzindən istifadəsi ilə bağlı bütün xərclərini (məşqlərin və oyunların keçirilməsi) öz üzərinə götürüb. Eyni zamanda, federasiya “Xarı Bülbül Şuşa” komandasının xarici oyunçularının transfer xərclərini ödəyib. Bu kimi halların baş verməməsi üçün federasiya tərəfindən klublara oyunçu transferini, texniki heyətini və təlim-məşq toplantıları ilə bağlı danışıqlarını büdcə təsdiq edildikdən, maliyyə mənbələri aydın olduqdan sonra başlamasını tövsiyə edib”
Azərbaycan Voleybol Federasiyası qeyd edir ki, “Xarı Bülbül Şuşa” komandası bu mövsümə qədər öz imkanları ilə “Yüksək Liqa”da çıxış edib və federasiyadan heç bir köməklik istəməyib: “Azərbaycan Voleybol Federasiyası öz işini İdarə heyəti tərəfindən təsdiq edilmiş strateji fəaliyyət planı və son icra tarixləri müəyyən edilmiş tədbirlər planına uyğun həyata keçirir. Kişilər, eləcə də qadınlar arasında “Yüksək Liqa”da çıxış edən klubların sayının artırılması, uşaq voleybolunun inkişaf etdirilməsi baxımından regional voleybol klublarının yaradılması, aşağı yaş qrupları üzrə bir sıra beynəlxalq yarışlarda iştirak, çimərlik voleybolunun inkişafı və bu kimi digər vəzifələr cari mövsüm öncəsi Azərbaycan Voleybol Federasiyasının qarşısında duran prioritet vəzifələrdir”.
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
"Qarabağ"ın azarkeşi vəfat edib
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
“Dinamo”dan 6 qollu qələbə
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıblar
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?