"Azərreyl" Çelenc kuboku ilə vidalaşdı

"Azərreyl"  Çelenc kuboku ilə vidalaşdı
VOLEYBOL 16 Noyabr 2023 / 01:10 4990
-  A +

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc kubokunda bu gün növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda 1/16 finalın cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olub. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bakıda keçirilən görüşdə bu rəqibinə 3:1 hesabı ilə qalib gələn "Azərreyl" iki oyunun nəticəsinə görə mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, “Azərreyl” əvvəlki raundda Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırmışdı.


Qarabağ FK
Son xəbərlər
06.08.26  16:06

"Roma"dan "Deportivo"ya

06.08.26  11:59

"Arsenal"dan "Everton"a

topaz banner