Ötən həftə Avropa Liqasında 3-cü tur başa çatdı.
QOL.az xəbər verir ki, UEFA-nın rəsmi saytında turnirin qrup mərhələsinin yekunları ilə bağlı statistikasında Azərbaycan azarkeşləri üçün diqqətcəkən məqamlar var. Şübhəsiz ki, bu, həmin yarışda ölkəmizi təmsil edən "Qarabağ"la bağlıdır.
Ağdam təmsilçisi son turda Leverkuzendə "Bayer"lə matçda 1:5 hesabı ilə məğlub olsa da, yarışda ən çox qələbə qazanan (3 oyun, 2 qələbə) kollektivlər sırasındadır. Qurban Qurbanovun komandası 2 qələbə qazanmış 7 komandadan biridir və ümumi siyahıda 5-ci yeri tutur. İlk 4 pilləni "Liverpul", "Roma", "Bayer" (hamısı 3 qələbə) və "Atalanta" (2 qələbə, 1 heç-heçə) tutur.
"Qarabağ" rəqib qapısına ən çox zərbə endirən komandalar sırasında 17-cidir. 38 zərbədən 11-i çərçivəyə, 16-sı əyri gedib, 11-i isə bloklanıb. Ağdam təmsilçisi dəqiq ötürmə edən komandalar sırasında isə 13-cüdür (83 faiz - 1396 ötürmədən 1162-si dəqiq olub).
Qayda pozuntularına ən çox yol verən 32 iştirakçısı arasında isə "Qarabağ" 5-ci yeri tutur (1-ci yer LASK, 47 fol). Ağdam təmsilçisi 42 dəfə rəqiblərinə qayda pozutusuna yol verib, 8 sarı vərəqə alıb.
3 turdan sonra yarışın ən intizamsız futbolçusu isə "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romaodur. O, rəqiblərinə qarşı 11 dəfə qayda pozuntusu edib, 2 sarı vərəqə alıb. Romaonun özünə qarşı isə 4 fola yol verilib.
Onu da qeyd edək ki, Julio Romao Romao qrup mərhələsində "Qarabağ"ın meydanda ən çox olan oyunçusudur (3 matç, 270 dəqiqə). İkinci yeri Juninyo (3 matç, 237 dəqiqə), üçüncü yeri Yasin Benzia (3 oyun, 203 dəqiqə) tutur.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar