“Əvvəldən də demişdim ki, çox ağır oyun olacaq. Nəfəs almaq çətin idi. Komandada qarşılaşmadan əvvəl xeyli problem var idi. Buna vaxmayaraq, futbolçular çox ağılla, səbrlə mübarizə apardılar və son saniyələrdə lazımi qolu vurdular. Bu qələbəyə görə futbolçularıma təşəkkürümü bildirirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O qeyd edib ki, görüşün istənilən nəticəsi ədalətli olacaqdı: “Hər iki komanda qələbəyə layiq idi. Heç-heçə də qeydə alına bilərdi. Elə oyun idi ki, istənilən nəticə ədalətli olacaqdı. Yekunda amma biz 3 xal qazandıq. Bir daha qeyd edirəm ki, futbolçularım çox təmkinli çıxış etdilər”.
Mütəxəssis “Səbail”in zəif çıxış etməsini Pedro Nunonun yoxluğu ilə əlaqələndirmək istəməyib: “Futbolçularımı bölmək istəmirəm. Bəli, o komandamız üçün vacib futbolçudur. Nuno ağıllı futbol sərgiləyir. İstənilən əsas heyət üzvünün yoxluğu oyuna müəyyən dərəcədə təsir edir”.
Diniyev bildirib ki, məqsədləri avrokuboklar deyil. Bunun səbəbini isə o, belə izah edib: “Bu gün "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa digər komandaların hansından soruşsanız, deyəcəklər ki, məqsədimiz avrokubok deyil. Amma hamımızın məqsədi var. Biz ötən mövsümü 9-cu pillədə başa vurmuş komandayıq. Stabil komanda yaratmaq istəyiriksə, addım-addım irəliləyə bilərik. Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynaya bilərik. Amma bu, qısamüddətli olacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır. Bu gün milliyə 7-8 futbolçumuz gedir. Komanda var idi, klub yox idi. Rəhbərlikdə dəyişiklik də oldu. Artıq "Səbail"də irəliləyiş var. İstəyirəm ki, stabil klub olaq. Fərqi yoxdur, mən burada oldum, ya olmadım. Klubu stabilliyə öyrətmək lazımdır. Açıq deyirəm, bu gün əgər rotasiya üçün əlində böyük materiallar olmalıdır. Biri olmayanda, digəri meydana çıxa bilməlidir. Məsələn, Pedro Nunes yox idi, onun əvəzinə həmin mövqedə olmayan biri oynadı. İki Pedro olmalıdır komandada ki, rotasiyaları rahat edə bilək. Kim olsa deyər ki, mən üçüncü yer üçün oynayıram. Bunu demək istəyirik. Futbolda məqsəd olmasa, oynamağa dəyməz. Dediyim sözüm tutmağa çalışıram. Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, “bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı (gülür)”.
Mütəxəssis “Qəbələ” ilə matçın gedişində zəif oyuna baxmayaraq, erkən əvəzetmələrə getməməsini belə əsaslandırıb: “Soruşdum ki, niyə belə oynayırıq, niyə topu saxlaya bilmirik? Hamısında qaça bilməmək problemi var idi. Təsəvvür edin, start heyətində meydana çıxanlarda ikinci nəfəs açılmaq üzrə idi. Ona görə, eyni oyunçuıları saxladım. Prosesi görərək, özümüz "Qəbələ"ni ortada qarşılamağa qərar verdik. Belə oyunda yaxşı pleymekerin olması vacib idi. Psixoloji oyun idi”.
“Səbail”in baş məşqçisi nəticəni qorumağın onu qorxutduğunu vurğulayıb: “Bəli, bu məqam məni qorxudur. 1-2 turdan qabaq demişdim ki, zirvəyə qalxmaq çox asandır. Hansısa yollarla, gizlin yollarla qalxa bilərsən. Amma zirvədə qalmaq çox çətindir. İkinci hissədə hətta "Qəbələ" də sanki heç-heçəyə razılaşmış kimi oynayırdı. Hamı bizi artıq ciddiyə alır. Eyforiyaya qapılmamaq lazımdır. Çox çalışmalıyıq. Üçüncü turdan sonra demişdim ki, qorxmuram. Çünki bilirdim ki, oyunumuz var. Türkiyədəki hazırlıq zamanı "Konyaspor", "Sivasspor"la görüşlərdə futbolçularımı görmüşdüm. Mənə 5-6 oyun lazım idi ki, komanda relsə düşsün. Komandama inanırdım, amma bu qədər uğurlu nəticə olacağını gözləmirdim. Liderlərlə başabaş oynamağa çalışırıq. "Qarabağ"la matçda geridönüş etmək çox çətindir. Oyunumuz var. Ən pisi təsadüf qələbələrdir. Xallarımızın heç biri təsadüfi olmayıb. "Zirə"yə, "Sumqayıt"a da uduzmaya bilərdik. Amma bir şey var ki, "Qarabağ"ı da udmaya bilərdik. Futbol buna görə gözəldir ki, proqnozları sevmir”.
O, matçın taleyini həll edən qolun müəllifi olan Rüfət Abdullazadədən də söz açıb: “Rüfət çox tərbiyəli, yerini bilən biridir. Futbolçu kimi də potensialı böyükdür. Onu da açmağa çalışıram. Gözləyirəm, hardasa "partlamalıdır". Heyəti məşqlərə görə qururam. Rüfətin geri dönüşdə problemi var. Amma futbol indi onu tələb edir ki, irəli gedirsənsə, o sürətlə də geri qayıdasan. Həmin partlayışı tezləşdirməlidir. Məşqlərdə ondan razıyam. Yaxşı futbolçu olacaq”.
Klopp "Real"a hücumçu təklif etdi
"Qarabağ"ın hazırlıq planı bilindi
"Barselona" ter Ştegenə təzminat ödəməyə hazırdır
"Liverpul"dan rəsmən yeni transfer
"Şamaxı" növbəti transferini açıqladı
“Neftçi”dən ayrılıb “Zirə”yə keçdi
Azərbaycan millisinin Latviyaya qarşı oyunundan - Video
Latviya – Azərbaycan matçından - Şəkillər
"Təhlükəli epizodlar yaratdıq" - Fernandu Santuş
Azərbaycan millisi Latviya ilə bərabərə qaldı
"Komo" onun üçün danışıqlara başladı
Ronaldo Yamal haqda nələr dedi?
Azərbaycan millisi Latviya ilə oyuna bu heyətlə çıxır
"Roma" loqosunu yenilədi - Şəkil
"İnter"dən yeni transfer
Mbappe PSJ-nin onsuz ÇL-i qazanmasından danışdı
"Arsenal"dan "Flamenqo"ya - Rəsmi
Özbəkistan prezidenti milli komandanı təltif etdi
"Biz İtaliyayıq, bu cür nəticə qəbuledilməzdir"
"Liverpul" Virtzin transferini bitirir
Norveçdən İtaliyaya 3 cavabsız qol - Video
Dünya futboluna ofsaydla bağlı yenilik gəlir
Millimizin rəqibindən səfər qələbəsi
Macarıstan millisi Bakıya məğlubiyyətlə gəlir
Əliyar Ağayev Rusiya millisinin oyununu idarə etdi
Millimizin Latviya ilə oyunöncəsi açıq məşqindən - Şəkillər
Toral millinin oyununa çıxmayacaq?
"Atalanta"nın yeni baş məşqçi təyinatı rəsmiləşdi
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı
Santuş kapitanlığı Emin Mahmudova qaytardı
Millimiz Qazaxıstana qalib gəldi
"Bizə qələbə lazımdır" - Emin Mahmudov
"Futbolçularımız çox istəklidirlər" - Fernandu Santuş
“Roma”da Qasperini dönəmi
"Atalanta" onunla razılaşdı
"Liverpul" bu qapıçını transfer edir
La Liqada mövsümün ən yaxşı oyunçusu seçildi
Bekhem "Cəngavər" adı alacaq
"Sabah"ın qapıçısı millidə 4 qol buraxdı