"Çox emosional oyun oldu. Rəqib istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, "Neftçi" haqda danışdıqda onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Bu gün meydanda aqressiv, dinamik və nəticə qazanmaq üçün əlindən gələni edən "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız, uzaqdan zərbələrimiz də oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi, Brkiç yaxşı seyvi ilə yadda qaldı. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün əvvəlki turlarla müqayisədə çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq" - deyə o bildirib.
Mütəxəssis nəticədən razı qalıb-qalmadığı ilə bağlı sualı belə cavablandırıb: "Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda, istər "Neftçi", istər digər komandalar motivasiyalı və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünkü "Neftçi"ni nəzərə alsaq, 1:1 bizim üçün yaxşı nəticədir. İki xal itkisi saymıram, bir xal qazandıq".
"Zirə"nin baş məşqçisi "Neftçi"nin qapısına təyin olunan penalti epizoduna Adrian Mutunun narazı olması ilə əlaqədar söyləyib: "Mənə penalti kimi gəldi. Epizodu dinamik şəkildə görmədik. Matias oyunçumuzun ayağından basırdı. Bizə qarşı belə epizodlarda hətta qırmızı vərəqə də olub.
R.Sadıqov komandada çox mövqenin güclənməli olduğunu vurğulayıb: "Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filip çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Tək sağ cinah yox, heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq, elə də oldu. Halbuki, həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi. Ümid edirəm ki, növbəti matçlarda toparlanıb, daha yaxşı performans göstərəcək
O, "Qarabağ"dan Qaspar Panaderonu transfer etmək istədikləri iddialarına belə münasibət bildirib: "Xeyr. Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz futbolçular var idi, hətta Baqamolski üçün də "Neftçi"yə müraciət etmişdik. Sadəcə onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çaılışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin".
"Zirə"nin baş məşqçisi İssa Cibrilanı son anda niyə əvəzləmədiyinin səbəbini də izah edib: "Bəli, fikrimi son anda dəyişdim. İsmayıl göstərdi ki, ayağında ağrı var. Zədədən gəlmişdilər, amma 90 dəqiqə meydanda saxladıq. Bu, düz deyil, amma məcbur idiK. İsmayılı dəyişdik, risk etmək istəmədik. Ona görə dəyişdik. İssanı buraxaraq, əks-hücumlarda effektli olmağa çalışdıq. Amma İsmayıl əvəzetmə istəyirdi deyə, onu dəyişdik".
1-ci liqada 3 oyun
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi
Azərbaycan millisinin formaları satışda - Şəkillər
"Milan" Divok Origi ilə yolları ayırdı
“Sabah”dan ilk: 10-cu qış çempionu
185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
“Sumqayıt” hamını qabaqladı
Neymar əməliyyat olundu
"Napoli" Superkuboku belə qazandı - Video
“Atletik” öz meydanında uduzdu
Salah Misirə qələbə qazandırdı
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL
Türkiyə Superliqasında 2 oyunda 13 qol
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı