Bu gün AFFA-nın inzibati binasında 2-ci Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, klub rəsmiləri ilə müzakirələrdə PFL-in idarə heyəti - prezident Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev iştirak edib. Əvvəlcə AFFA İcraiyyə Komitəsinin son qərarı ilə II Liqada oynamaq hüququ verilən “Dinamo” (Bakı) və “Şahdağ Qusar” komandaları rəsmilərinin simasında iştirakçılara təqdim olunub.
Gündəlikdə bir sıra məsələlərə toxunulub. Bura əsasən idman prinsipləri, liqada oynayacaq peşəkar və həvəskar statuslu futbolçular haqda məlumatlar, transfer qaydaları, qeydiyyat, sifariş qaydaları, infrasturktur məsələləri və stadionların yekun təftişi ilə bağlı müzakirələr daxil olub. Bununla yanaşı region liqası, aşağı yaş qrupları və 2-ci Liqa klublarında çıxış edən futbolçularla bağlı idman prinsiplərinin qorunmasının önəmi diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, 2023-2024 mövsümündə “Adidas” şirkəti ilə imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən son texnologiyalara uyğun olaraq hazırlanmış “Adidas Tiro” toplarından istifadə olunacaq. Peşəkar Futbol Liqası 2-ci Liqa klublarının maddi durumunu nəzərə alaraq, hər kluba 20 ədəd top hədiyyə edib. Ardından klub rəsmilərini maraqlandıran suallar cavablandırılıb.
Görüşün ikinci hissəsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak edib. Onlar lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər. Ümumilikdə 4 saatdan çox davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video