"Fluminense"nin müdafiəçisi, məşhur futbolçu Marselo 3 oyunluq cəzalanıb.
Qol.az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb onun keçən həftə Buenos-Ayresdə keçirilən Libertadores Kubokunun 1/16 final mərhələsinin ilk oyununda "Argentinos Xuniors"un müdafiəçisi Lusiano Sançesi zədələməsi olub. Cənubi Amerika Futbol Konfederasiyasının qərarına əsasən, Braziliya millisinin sabiq futbolçusu da 6 min dollar cərimə ödəməli olacaq.
Marselonun müdaxiləsi nəticəsində Sançesin ayağı sınıb və o, meydandan xərəkdə çıxarılıb. Marselo isə hadisədən sonra oyundan qovulub. O, meydanı göz yaşları içində tərk edib.
Qeyd edək ki, sözügedən oyunda 1:1 hesablı heç-heçə edən "Fluminense" cavab matçında 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Marselo bu görüşü buraxıb.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb