Xəbər verdiyimiz kimi, ötən gün AFFA-ya yeni mətbuat katibi təyin olunub. Bu vəzifə tanınmış telejurnalist və idman şərhçisi Elnur Məmmədliyə tapşırılıb.
E.Məmmədli təyinatı ilə bağlı Qol.az saytına açıqlama verib. O, təklifin AFFA rəhbərliyindən gəldiyini bildirib:
"Təklif AFFA-nın baş katibi Sərxan Hacıyevdən gəldi. Daha sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə də görüşdük. Belə bir təklif oldu. Mən də düşündüm. Sonra isə müsbət cavab verdim. Bilirəm ki, ağır, məsuliyyətli işi üzərimə götürmüşəm. Amma hər halda qərarımı vermişəm, buradayam".
E.Məmmədli qeyd edib ki, görüləcək işlər haqda qarşıdakı günlərdə danışa biləcək: "Düzü, hələ heç kimi tanımıram. Bu gündən işə çıxmışam. Ona görə görüləcək işlər haqda indidən nəsə deyə bilmirəm. Proseslərlə tanış olum, 5-10 günə daha rahat danışa bilərəm".
Qeyd edək ki, E.Məmmədli bu vəzifədə "Səbail"ə idman direktoru təyin olunan Firuz Abdullanı əvəzləyib.
Xatırladaq ki, Elnur Məmmədli bundan əvvəl “Futbol+” qəzeti və "ANS", "AzTV", “CBC Sport” telekanallarında çalışıb. Eyni zamanda Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar