Mahirin komandasının ÇL-dəki potensial rəqibi bilindi

Mahirin komandasının ÇL-dəki potensial rəqibi bilindi
ÇEMPİONLAR LİQASI 24 İyul 2023 / 14:57 4340
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu  Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"sunun da  potensial rəqibi müəyyənləşib.

Zaqreb təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsində “Astana” (Qazaxıstan) səddini keçəcəyi təqdirdə, 3-cü mərhələdə AEK-lə (Yunanıstan) qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda keçiriləcək.
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner