"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə cavab matçından (4:0) sonra mətbuat konfransı keçirilib.Qol.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Futbolçularmı təbrik edirəm. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm.
- Kevin Medinanın ehtiyatda qalmasını klubdan gedişi ilə əlaqələndirmək olar?
- Onun gedəcəyi ilə bağlı tam məlumat yoxdur. Amma müəyyən səbəblər var idi və ona görə də əsas heyətdə yer almamışdı. Medina ilə ciddi maraqlanırlar. Amma bu gün, sabah hələ ki, bizimlədir. Düşünürəm ki, hər şey qaydasında olacaq.
- “Rakuv”la oyun ərəfəsində komandanı tam sınaya bildiniz?
- Biz hər rəqibə ciddi yanaşırıq. Hər komanda fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı mütləq dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadırlar. Bunları nəzərə alırıq. Ancaq proqramımızdan çəkilmirik, bunun üzərində hazırlaşırıq. “Rakuv” ciddi rəqibdir. Polşa futbolundan bir az fərqli oynayırlar. Həm sistemləri, həm də oyun fəlsəfələri fərqlidir. Biz bu komanda ilə Antalyada qarşılaşmışıq və uduzmuşuq. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik.
- İlk oyunla müqayisədə Yassin Benziya start heyətdə meydana çıxmışdı. Onun tam hazır olduğunu düşünmək olar?
- Onun ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından xeyli uzaqlaşmışdı. Hətta bizə gəldikdən sonra da iki dəfə zədələndi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki tam hazır deyil. Daha 3-4 belə oyun keçirsə, daha yaxşı Benziyanı görə bilərik. Bu gün tam razı deyiləm. Həm həkimlərin, həm də fiziki hazırlıq üzrə məşqçilərin məsləhəti ilə onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq.
- Bəhlul Mustafazadə mərkəz müdafiəçisi olmasına baxmayaraq, ilk hissə də daha çox hücuma meyillənirdi. Bu sizin tapşırığınız idi, yoxsa özü irəli atılırdı?
- Standart vəziyyətlərdən sonra daha çox hücumda görünürdü. Standart vəziyyətlər zamanı düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Standart vəziyyətlərdə düzgün mövqe seçə bilir. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırıq verilmişdi.
- “Qarabağ”la çatmaq istədiyiniz ən böyük arzunuz?
- Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Yaxşı, gözəl bir kollektiv olsun. Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub - nə qədər güc sərf etmək lazımdısa, onu da edəcəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz.
- Azarkeşlərin rəyləri futbolçulara nə dərəcədə təsir edir?
- Çox istərdim ki, azarkeşlərdən futbolçulara qarşı həmişə pozitiv reaksiya olsun. Futbolçular normal insandır, həddən artıq böyük məsuliyyətin altına girirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Hamı əmin olsun ki, bu futbolçular Azərbaycan futbolu, “Qarabağ” üçün bacardıqlarından daha artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardırlar. Azarkeşlər təkcə “Qarabağ”a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Azarkeşin şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi futbolçulara, komandalara bu, müsbət təsir göstərir.
- “Qarabağ”da sırf mərkəz hücumçusu yoxdur. Bu istiqamətdə axtarışlar davam edir? Getmirsə əlinizdə olan 4 oyunçudan kimi daha çox bu mövqedə oynada bilərsiz?
- Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidir. Bəzi klublara sırf mərkəz hücumçusu lazım olur, bəzilərinə isə yox. Çünki hər komandanın öz tələbləri, oyun fəlsəfəsi var. Bu gün həmin mövqedə Cicadan istifadə edirik. Juninyonu almışıq, hətta Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam.
- “Qarabağ”ın hazırda transfer etmək istədiyi futbolçular var?
- Bir dəfə də qeyd etmişdim ki, “transfer bazarı” işimizin ən vacib hissəsindən biridir. Heyətimizdə 20-25 futbolçu olsa da, daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Azarkeşlərimizə də demək istəyirəm ki, hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, axşam danışmışdıq ki, səhər Bakıda olmalıdır. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer alına da bilər, alınmaya da.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı