Türkiyə superliqa təmsilçisi "Sivasspor" Azərbaycan klubu ilə yoxlama matçı keçirə bilər.
Qol.az "TRT Spor"a istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin məlumat verib. O, komandasının iyulun17-də Ərzurum şəhərində təlim-məşq toplanışına başlayacağını deyib.
"Dörd yoxlama oyunu keçirməyi nəzərdə tuturuq. Artıq iki rəqibimiz bəllidir. Bunlar "Antalyaspor" və "Ümraniyespor"dur. Bundan başqa, bir İran və bir Azərbaycan komandası ilə də oyunumuz ola bilər. Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir".
Qeyd edək ki, iyulun 10-dan etibarən Azərbaycan klublarından "Səbail" Ərzurumda təlim-məşq toplanışındadır. Bugünlərdə baş məşqçi Şahin Diniyev Qol.az-a bildirib ki ,Ərzurumda toplanış müddətində 3 yoxlama oyunu keçirəcəklər: "Rəqiblər "Ərzurumspor", "Konyaspor" və “Sivasspor” olacaq. Son iki komanda Türkiyə Superliqasının təmsilçisidir. Bu cür rəqiblərlə oyunlar bizim üçün dərs olacaq. Bütün problemlər məhz həmin matçlarda üzə çıxacaq”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb