"Lisenziya Komissiyası 2 komandaya lisenziya verdi. Bu gün onlar özlərini həm bizim tərəfdən, həm də "Zaqatala" tərəfdən sığortalayırlar".
Bu sözləri Qol.az saytına açıqlamasında Birinci divizionda bu mövsüm çempionluğu rəsmiləşdirən "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. O, AFFA-nın Lisenziya Komissiyasının "Araz-Naxçıvan" və "Zaqatala"ya növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak hüququ verməsi ilə bağlı danışıb.
AFFA son dəyərləndirmədən sonra sözügedən klublardan yalnız 1-ni Premyer Liqaya buraxacaq. A.Bağırov isə bununla bağlı deyib:
"Bu gün bizim komandamız Birinci divizionda qalibdir, 3 tur əvvəl çempion olmuşuq. AFFA-nın qaydalarına görə, 1-ci yeri tutan komanda yüksək liqaya çıxmalıdır. Biz də öz tərəfimizdən PFL və AFFA-nın qoyduğu meyarların demək olar ki, 99,9 faizini yerinə yetirmişik. Bəzi yüngül məsələlər qalıb. Onların hamısını 2-3 gün ərzində həll edəcəyik".
Mütəxəssis qeyd edib ki, hələlik çempionluq sevinci yaşamırlar: "Peşəkarlıq tərəfdən götürəndə, biz öz işimizi lazımi qədər yerinə yetirmişik. Futbolçular da bu çepionluğumuzdan razıdırlar. Son turu oynadıqdan sonra sevinə biləcəyik. Hələ qarşıda 2 tur var. Hələ eyfariyaya qapılmağa ehtiyac yoxdur. Çünki həmişə belə hallarda zədələr olur. Mən futbolçularla bəzi şeyləri danışmışam. Çempion olsaq da, hələ ki, o sevinc yoxdur. Hamısını son tura saxlamışıq".
A.Bağırov Premyer Liqada çıxış edən komandaların bütün matçlarını izlədiyini deyib: "Bu gün Premyer Liqanın bütün oyunlarına baxıram. Orada çıxış edən futbolçuları illərdir ki, tanıyıram. Mən özüm köməkçi məşqçi kimi olsa belə, uzun müddət Premyer Liqada işləmişəm. Hər bir şeylə tanışam. Düşünürəm ki, Premyer Liqada bizim üçün çətin olmayacaq. Yaxşı komanda formalaşdıracağıq. Düşünürəm ki, klub rəhbərliyi, Naxçıvan Muxtar Respublikasının erəhbərliyi bu yolda maksimum köməklik göstərəcək. 20 ildən artıqdır ki, Naxçıvanda böyük futbol yoxdur. Bu 20 ili kompensasiya etmək üçün yaxın 3-4 il ərzində avrokubok həyəcanını Naxçıvanda futbolsevərlərə yaşatmalıyıq".
Çalışdırıcı hələlik sponsor axtarışlarında olmadıqlarını deyib: "Bu gün "Cahan Holding" bizim baş sponsorumuzdur. Ola bilər ki, gələcəkdə hansısa əlavə sponsorlarımız olsun. Hazırda Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Fuad Nəcəfli də bizim yanımızda olduğunu söyləyir. Düşünürəm ki, "Cahan Holding" bizim yanımızdadır və hər şey öz qaydasında gedəcək".
A.Bağırov Naxçıvan Muxtar Respublika stadionunun ot örtüyünün durumu barədə də danışıb. O, bu məsələnin lisenziya mövzusunda maneə yaratmayacağını qeyd edib: "Ot örtüyü ilə bağlı AFFA və PFL-ə məlumat verilib. Artıq son turdan sonra stadionun ot örtüyü tamamilə dəyişdiriləcək. Son nəsil ot örtüyü sifariş veriləcək. Bu da 60-61 günə hazır olur. Yəni çempionatın başlamasına 10 gün qalmış artıq ot örtüyü təhvil veriləcək".
O, "Şamaxı"dan Amil Yunanovu transfer edəcəkləri barədə yayılan məlumatlara da münasibət bildirib: "Mövsüm başa çatmamış hansısa futbolçunun adının "Araz-Naxçıvan"la hallanması mənə gülünc gəlir. Həm futbolçular tərəfdən, həm də bizim tərəfimizdən hansısa addım atılmayıb. Maraqlandığımız oyunçular var. Çünki biz də hər bir hala hazır olmaq istəyirik. Amma hansısa futbolçu ilə danışıqlar belə aparmamışıq. Nəinki rəsmi, heç qeyri-rəsmi belə olmayıb".
Nur Zeynalova
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə