"Sabah "İnter"in tarixinin ən vacib matçlarından biridir. Arzumuzu gerçəkləşdirmək və finala yüksəlmək üçün ağıllı ürəklə oynamalıyıq. İlk oyunda 2:0 hesabı ilə qalib gəldik, lakin "Milan" böyük oyunçuları olan güclü rəqib olaraq qalır".
Qol.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında "Milan"la cavab matçı öncəsi deyib.
O, klubun azarkeşlərinə səslənib: "Biz birlikdə olmalıyıq. Azarkeşlərimiz həm yaxşı gündə, həm də çətin vaxtlarda bizimlə olublar".
Mütəxəssis "Milan"la cavab oyununa fransalı hakim Kleman Turpinin təyinatını şərh edib: "Nadir hallar istisna olmaqla, hakimlər haqqında danışmamağa üstünlük verirəm. İlk matçı xatırlayırsınızsa, o zaman bir epizod var idi. Kruniçin cərimə meydançasında Bastoniyə qarşı kobud oyunu başqa cür dəyərləndirilməli idi. Yəqin ki, hesab 3:0 olsaydı, cavab görüşü fərqli məcrada keçəcəkdi. Sabahkı hakimə gəlincə, dostlarım mənə dedilər ki, o, fransızdır və "Milan"da dörd həmyerlisi var. Bu, bizim üçün problem deyil".
Qeyd edək ki, sabah keçiriləcək "İnter" - "Milan" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma "İnter"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Zubirdən vida mesajı
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar