"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinalında "İnter"ə uduzduqları ilk oyunu (0:2) şərh edib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, komandasının ilk hissədəki diqqətsizliyindən və baş hakim Xesus Xil Mansanodan şikayətlənib:
"Məsələ ondadır ki, “İnter” ilk hissədə daha yaxşı oynadı və 2 qol vurdu. Fasilədən sonra isə "Milan" daha yaxşı oynadı, amma qol vurmadı. Futbol bu səviyyədədir. "İnter" 1-ci hissədə daha yaxşı və daha səmərəli çıxış etdi. Bu səviyyədə olan matça görə çoxlu səhvlərə yol verdik. 7-ci dəqiqəyə kimi “İnter”in futbolçusunun ayağı bizim cərimə meydançamızda olmayıb. Amma elə ilk küncdən zərbədən sonra qol vurmağı bacardılar. Açığı, daha diqqətli olmalıyıq.
Fərqli nəticə əldə etmək istəyirdik, amma inanmağa davam etməliyik. Cavab oyununda bir an hər şeyi dəyişə bilər. Kompakt, intensiv, aqressiv oynamağa hazırlaşırdıq, amma şansların 50/50 olduğu bir çox vəziyyətlərdə “İnter” daha yaxşı idi. Onlar bunun sayəsində oyuna nəzarəti ələ aldılar. Buraxdığımız 2 qol taktika və psixologiya baxımından işimizi çətinləşdirdi.
Biz bu oyunun ikinci yarısında olduğu kimi barı yüksəltməli və oynamağa başlamalıyıq. Amma mən həm də hakimin Xesus Xil Mansanonun qeyri-sabit olduğu bir çox mübahisəli situasiyalar gördüm”.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 16-ı olacaq.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video