“Bu gün qazandığımız nəticə və sərgilədiyimiz oyun məni sevindirməyə bilməz. Futbolçularımdan razı qadım. Düzdür, matçın startında sanki komandada həyəcan var idi. Lakin zaman keçdikcə oyun tam nəzarəti ələ aldıq. Yekunda da qalib gəldik. Deyə bilərəm ki, çox önəmli qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 33-cü turunda “Şamaxı” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis çətin səfərdən qələbə ilə ayrıldıqlarını bildirib: “Şamaxı və Qəbələdə səfər oyunları çətin keçir. Burada nəfəs almaq bir qədər çətindir. Amma bu gün komandanın verdiyi reaksiya məni razı saldı. Çətin səfərdə qələbə qazandıq. Bu dəfə əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik. Bu da nəticənin yaxşı olmasına gətirib çıxardı”.
“Zirə”nin çalışdırıcısı Rəhim Sadıqovun çıxışını belə dəyərləndirib: “Rəhim birinci hissəni çox yaxşı keçirdi. Amma fasiləyə yaxın yorulduğu hiss edilirdi. Bunu da normal qarşılayıram. Çünki "Turan Tovuz"la matçda 90 dəqiqə oynamışdı. 5 günlük istərahətdən sonra bir az yorğunluq qalmışdı”.
Sadıqov dördüncü yer uğrunda mübarizədə əsas rəqibləri “Qəbələ” ilə müqayisədə şanslarının az olduğunu etiraf edib: “Təbii ki, "Qəbələ" dördüncü yeri tutmağa daha şanslıdır. Bu, "Turan Tovuz"la oyuna kimi də belə idi. Son məğlubiyyət vəziyyətimizi daha da çətinləşdirdi. Amma təslim olmuruq. Sona 3 tur qalır. Hər oyunda məsuliyyətli olmalıyıq. Problemləri bilirik və düşünürəm ki, onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edə bilərik”.
O, komandasının bugünkü və "Turan Tovuz"la matçdakı çıxışı arasında hansı fərqlər olduğu barədə sualı belə cavablandırıb: “Əslində, eyni oyun idi. “Turan Tovuz”la matçı təhlil etmişik. Həmin görüşdə standart vəziyyətlər belimizi qırdı. Xırda detallar var ki, nəticəyə təsir edir. Həmin məqamlarda boşluqlar verdik. Yeganə fərq o idi ki, bu gün müdafiə olunarkən futbolçular daha diqqətli idilər. Başqa fərq görmürəm”.
Rəşad Sadıqov hələlik mövsümün sonunda heyətdə olacaq dəyişikliklər barədə danışmağın tez olduğunu söyləyib: “Hazırda bütün diqqətimizi son 3 tura yönəltmişik. Paralel olaraq da futbolçuları gözdən keçiririk. Amma konkret olaraq kimin gedəcəyi, kimin gələcəyi barədə indidən nəsə danışmaq tezdir”.
O, özünün komandada qalacağını vurğulayıb: “Həftə arası rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılması ilə bağlı ilk dəfə yanvarda görüşümüz olmuşdu. Həmin vaxt özüm istəmişdim ki, bu məsələni yayda müzakirə edək. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü "Zirə" olması üçün əlimizdən gələni edəcəyik”.
O, yeni müqavilənin müddəti barədə danışmadığını qeyd edib: “Müddəti danışmadıq. Bizim münasibətimiz elədir ki, müqavilə formal bir şeydir. Əgər getməliyəmsə, 5 illik sözləşmə də olsa, gedəcəm”.
Sadıqov rəhbərliklə “Zirə”nin infrastrukturunun olmaması barədə də müzakirə apardıqlarını vurğulayıb: “İlk gəldiyim gündən infrastrukturla bağlı müzakirələrimiz gedir. Rəhbərlik də nələrsə etmək istəyir. Amma Bakı komandası üçün yer tapmaq heç də asan deyil. Bugünkü şəraitimiz də pis deyil. "Qəbələ" ilə aşağı-yuxarı eyni şəraitdə hazırlaşırıq. Onlar da Bakıda məşq edirlər. Yəni infrastruktur məsələsi “Qəbələ”dən geri qalmağımıza səbəb ola bilməz. Sadəcə olaraq həlledici məqamda kobud səhvlərdən buraxdığımız qollar və dəyərləndirmədiyimiz epizodlar oldu. Səhv yolda olduğumuzu düşünmürəm. Oyunumuzu bir az da artırsaq, nəticələr də yaxşı olacaq. Bizdə oyuna baxmırlar. Oyun bitən kimi hamı tabloya baxır. Çox şeylərə fikir verməməyə çalışıram. Ən böyük tənqidçim özüməm. Hər şeyi götür-qoy edirəm”.
Sonda “Zirə”nin baş məşqçisi hakimlərə də toxunub: “Hakimlərin bu mövsüm "Zirə"yə həddən çox mane olduqlarını deməzdim. Düzdür, bəzi oyunlarda səhvlər olub. Amma mane olduqlarını düşünmürəm. Sadəcə hakimlər imkan vermir ki, oyun getsin. 16 dəqiqə matç dayanır. Dayanmaq udan komandaya sərf edir. VAR-da pauzalar çox olur. Buna bir əlac tapmaq lazımdır ki, oyunun tempi düşməsin. Builki nəticələrimiz sırf hakimliklə bağlı deyil”
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə