Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyevin Qol.az saytına müsahibəsi
- Artıq bir ildən bir qədər artıqdır ki, Futbolun İnkişaf Fondunun icraçı direktoru təyin edilmisiniz. Bu müddətdə hansı işləri görmək mümkün oldu?
- Biz işimizi quranda çalışdıq ki, kiçik komandamızın olmasına baxmyaraq, paralel olaraq işlər görək. Xüsusilə region klublarında görüləcək işlər də çoxdur, bunun üçün imkanlar da. Bizim əsas məqsədimiz odur ki, klubların dayanıqlı inkişafına dəstək olaq. Bunun üçün dayanıqlı maliyyə imkanları olmalıdır. Sponsorluqla bağlı nəticə əldə etdiyimiz yerlər də oldu, davam edənləri də var. “Turan Tovuz”a baş sponsorun tapılması ilk uğurlarımızdandır. Amma kiçik çaplı, barter formasında sponsorluqlar da oldu. İşimizi davam etdiririk. Başa düşürük ki, klubların əsas ehtiyaclarından biri sponsor məsələsidir. Premyer Liqada iki klubumuz – “Kəpəz” və “Şamaxı” baş sponsorsuzdur. Birinci divizionda çıxış edən klubların isə heç birinin baş sponsoru yoxdur. Onların hamısnın maliyyəsi dövlət proqramı hesabınadır. Bu da klub üçün təhlükədir. Mütləq onların maliyyə dayağı olmalıdır.
Həmçinin, biz klubların öz fəaliyyətindəki gəlirlərini aşkarlamağa çalışdıq. Region klublarında bilet satışını başlatdıq. “Turan Tovuz”da mövsümü biletlər satıldı və bu göstərdi ki, oyunlardan gəlir əldə etmək mümkündür. Düzdür, baş sponsordan gələn maliyyə ilə bunun arasında xeyli fərq var, amma yenə də istənilən halda maliyyə əldə etmək mümkündür. Bundan başqa, yerli icra orqanları ilə klub arasında bağları möhkəmləndirməyə çalışdıq. İnanırıq ki, fəaliyyətimizlə klubun həmin bölgəyə faydalı olduğunu göstərə bildik. Məqsədlərimizdən biri də yerli ictimaiyyətin bu proseslərdə yaxından iştirak etməyə şərait yaratmaqdır. Bu baxımdan iki pilot layihəmiz baş tutdu. Birini uğurla tamaladıq. Bu, “Turan 100k” idi. “Kəpəz 100k” isə hələ davam edir. Bunu Himayəçilər Şurasında müzakirə etdik və əsas prioritetlərdən biri kimi qiymətləndirildi. Bizim ianə platformamız da hazırdır. Ancaq bir müddət gözləyəcəyik. Bu platforma bizim saytımızda olacaq. İnsanlar sayta girəndə istədiyi bölgəyə daxil olub aylıq məbləğ seçə bilərlər. Məbləğ 1, 4 və 14 manatdır. Hər ay bu məbləği istədikləri kluba köçürə bilərlər. Bu platforma yaxın vaxtlarda istifadəyə veriləcək. Həm Premyer Liqa, həm də birinci divizon klubları bundan yararlana biləcək.
- Gəlin etiraf edək ki, “100 k” layihəsində aktivlik aşağıdır. Sizcə, yeni tətbiq olunduğuna görə belədir? Gələcəkdə bundan daha çox faydalanmaq olacaq?
- Ümumiyyətlə, ianəçiliyin özü bizdə yenidir. Əsas 44 günlük Vətən müharibəsindən sonra bu ənənə möhkəmləndi. Bu, mühüm bir hadisə olduğundan insanlar aktiv idi. Biz belə bir dövrdə yox, adi sakit bir zamanda klublar üçün bu layihəni başlatdıq. Ona görə də bunun təbliğatına vaxt lazımdır. İnsanlar əvvəlcə layihə haqda məlumatlanmalıdır. Bir də gərək insanlarda inam olsun. Yəni şəffaflığa inamı nəzərdə tuturam. Bunlar hamısı vaxt aparan işlərdir. Ancaq mən inanıram ki, “100 k” layihəsi ilə məqsədə nail olmaq olar. Klubların avtobus problemi aktuallaşdı. Bir çox insan deyirdi ki, niyə avtobusu olmayan klub Premyer Liqaya gəlməlidir? Amma hazırda Premyer Liqada oynayan klubların bir çoxunun avtobusu yoxdur. Layihəmiz reallaşdı. Biz ən azından gördük ki, insanları ianəçiliyə sövq etmək mümkündür. Bu təcrübəmizdən istifadə edib, yeni layihəmizi tətbiq edəcəyik. Bəli, nisbi olaraq “100 k” layihəsinə maraq azdır. Amma mən inanıram ki, şəffaflığı təmin edə bilsək, insanlarda o inamı yarada bisək, onları marifləndirə bilsək, gələcəkdə ianəçilik bizim bir çox klubumuz üçün maliyyə kanallarından biri olar.
- Köklü klublarımızdan biri olan “Kəpəz” maliyyə çətinliyindən çox əziyyət çəkir. Bu klubla bağlı işlər nə yerdədir?
- Bu il “Kəpəz”lə bağlı çox planlarımız var. İstəyirik ki, bu kluba dəstək olaq. Baş sponsorun və digər maliyyə kanallarının aşkarlanması istiqamətində işlər gedir. Sponsor görüşləri, danışdığımız şirkətlər də var. Həmçinin, bir neçə planlar da qurmuşuq. Qarşıdakı aylarda olacaq. Dəqiq tarix olmadığına görə indi bunu deməyim düzgün olmaz. Biz bu klubla sıx əlaqədəyik. İki gün əvvəl klubla görüşümüz olub. Çalışacağıq ki, bu il “Kəpəz”ə hərtərəfli dəstək göstərək.

- Bu il “Kəpəz”ə baş sponsorun tapılması gözlənilir?
- Buna cavab vermək bir az çətindir. “Turan Tovuz”un baş sponsoru ilə danışıqlarımız az qala bir il davam etdi. O gedişatda ümidsiz və ümidli nöqtələr var idi. Mən AFFA-da işlədiyim vaxtda da sponsorluq məsələləri ilə məşğu olmuşam. Bu iş elədir ki, müqavilə imzalanana qədər bir şey demək düzgün deyil. Bir dəfə regionlarımızın birində artıq müqavilənin gününü danışırdıq, amma son anda alınmadı. Ona görə də son nöqtə qoyulana qədər nə olacağını bilmək olmur. Amma inanıram ki, biz “Kəpəz”ə baş sponsor tapa biləcəyik.
- Əvvəlki illərdən fərqli olaraq hazırda iş adamlarının futbola pul yatırmağa marağı azdır. Bu mənada hansı çətinliklərlə üzləşirsiniz?
- Əvvəlki dövrləri xatırlayıram ki, bəli, futbolda sahibkarlar var idi. Son illər o qədər də çox deyil. Ona görə də biz demək olar ki, işə sıfırdan başlamışıq. Bəzən sahibkarların küsdürüldüyünü deyirlər. Belə məqamın olduğuna da inanmıram. Biz bir ildən çoxdur ki, fəaliyyət göstəririk. Hansısa klub dəstək olmaq istəyirsə, futbola maliyyə yatırmaq istəyirsə, biz onların təkliflərini müzakirə etməyə hazırıq. Elə şey də yoxdur ki, kimə getsək, sponsorluğa can atsın. Sahibkarları futbola cəlb etmək çox çətindir. Bütün dünya futbolunda sponsorluq marketinqə əsaslanır. Yəni sahibkar kluba ayırdığı puldan daha çoxunu götürmək istəyir. Bizdə bunu qarşılayacaq klub yoxdur. Hətta bizim ən yaxşı klublarımızda da belədir. Bu mühitin özü də formalaşmalıdır. İnanıram ki, biz şirkətlərə şəffaflığı göstərə biləcəyik, görəcəklər ki, hansısa gizli bir məqam yoxdur. Futbol marketinqini inkişaf etdirdikcə yeni sponsorlar üzə çıxara bilərik. Məncə, tədricən sahibkarlar da əvvəlki kimi klublarımızla maraqlanacaqlar.
- Bilirik ki, sahibkarların klublarla sponsor danışıqlarının alınmamasının bir neçə səbəbi olur. Əsas səbəb kimi nələri göstərmək olar?
- Mən 11 ildir ki, futbol marketinqindəyəm. Biz klublara bununla bağlı çox danışırıq. Futbol sponsorluğuna yanaşma bizdə düzgün deyil. Tətbiq olunan yanaşma hazırkı dövrlə ayaqlaşmır. Klublarımız sponsor şirkətinə ilk olaraq bildirir ki, sizin loqo bizim formaların qolunda, yaxud da stadionda olacaq. Amma əsas sual odur ki, bu əməkdaşlıq şirkətə nə verəcək? Bu, şirkətə niyə maraqlı olmalıdır? Biz bilirik ki, şirkətin loqosunun klubun geyimində olması yaxşıdır. Amma klub bundan necə faydalanacaq, bunu izah etmək lazımdır. Sponsor kluba pul verir. Bəs klub ona nə verəcək? Bu sualın cavabını sponsora demək lazımdır. Bizdə o mühit yaradılmayıb. Şirkətlər məlumatsızdır. Bilmirlər ki, futbol klubu ilə əməkdaşlıq onların biznesinə nə verəcək. Onlara menyu formatında təklif gəlir. Çox vaxt da baxırlar və deyirlər ki, geridönüş edərik. Amma heç bir xəbər çıxmır. Əsas məqamlardan biri budur. Biz bunu formalaşdırmalıyıq. İndi klublarımızda yaxşı kadrlar var, müsbət yöndə işlər aparırlar. Dəyişkliklik olacağına inanıram. Futbola yaxşı şirkətlər gəldikcə bunun da müsbət təsiri olacaq. Çünki o şirkətlərin eyni sektorda olan rəqibləri də görəcəklər.
- Nə kimi yeni təklifləriniz var ki, sahibkarlar əvvəlki kimi klublara dəstək olsunlar?
- Biz şirkətlərlə görüşəndə onlar daha çox deyirlər ki, vergi ilə bağlı güzəştlər edilsə, yaxşı olar. Bizdə vergi nizamnaməsində son dəyişiklik 2019-cu ildə olub. Bundan sonra futbol sahəsində olan sponsorlar yatırdıqları pulun vergisindən azaddırlar. Amma bu, kənardakı şirkəti o qədər də cəlb etmir. Bu işin içində olan şirkətə aydındır, bilir ki, müəyyən məbləğə qənaət edir. Amma kənardakı şirkət o məbləğin əsas hissəsini yenə də ortaya qoymalıdır. Biz bununla bağlı bir təklif hazırlamışıq. O təklifdə şirkətlərin illik mənfəətinin 20 faiz nisbətində endirim edilməsini təklif etmişik. Artıq 6-7 aydır bunun üzərində işləyirik. Bir çox quruma bununla bağlı müraciət etmişik. Bunun qısa zamanda reallaşacağına inanmıram. Amma bu, alınsa, tez bir zamanda ümumi ölkə idmanına müsbət təsiri olacaq.
Şirkətlərin vurğuladığı əsas məqam vergidir. Başqa məsələlər də var. Amma müxtəlif olduqlarından onları qruplaşdırmaq olmur.
- Hazırda hansı klublara sponsorluqla bağlı iş adamları ilə danışıqlar gedir?
- Demək olar ki, işlədiyimiz bütün klublarla bağlı danışıqlar gedir.

- Paralel olaraq birinci divizion klubları ilə də işlər apardığınızı dediniz. Bu klublarda durum necədir?
- Durum çox fərqlidir. İmişlidə bir problem var, Mingəçevirdə başqa. Elə bölgə var ki, azarkeş marağı böyükdür, elə yer var ki, yoxdur. Buna görə də bəzi bölgədə bilet satışı mümkün olur, bəzisində yox. Elə bölgə də var ki, bilet satışı onlar üçün çox absurd gəlir. Deyirlər ki, mən niyə futbola görə pul verməliyəm? Bəzi bölgələrdə infrastrukturla bağlı problemlər var. Yəni çox fərqlidir. Biz də çalışırıq ki, fərqli yanaşaq. Bir mexanizmi hamısına tətbiq etmək olmur.
- İcra Hakimiyyətləri ilə klublar arasında bağ yaratmağa çalışdığınızı bildirdiniz. Onların klublara münasibəti necədir?
- Elə bölgə var idi ki, İcra Hakimiyyəti üçün maraqlı deyil ki, klub nə edir, necə fəaliyyət göstərir. Yəni heç bir əlaqələri yoxdur. Biz hansı regiona gediriksə, çalışırıq ki, ilk olaraq yerli icra başçısı ilə görüşək, onlara klubun rayon üçün nə demək olduğunu bildirək. Çalışırıq ki, oyuna gəlsin, onu matçlara dəvət edirik. Elə icra başçısı var ki, onun əvvəldən də marağı var, biz isə bunu bir az da artırırıq. Eləsi də var ki, marağı yox idi, biz bunu artırmışıq. Eləsi də var ki, heç marağı yox idi, indi də marağı artmır.
- Sizcə, icra hakimiyyəti klublara ən yaxşı halda nə kimi dəstək verə bilər?
- Ümumiyyətlə, icra hakimiyyətlərinin dəstəyi çox önəmlidir. Bu sarıdan çox yaxşı bölgələr var. Şamaxı, Tovuz rayon icra başçılarını qeyd edə bilərəm. Onlar kluba çox yaxından dəstək olurlar, hər oyuna gedirlər. Nə problem olursa, imkanları daxilində həll edirlər. Yəni onlar özlərini klubdan ayrı tutmurlar. Klubu da özlərinin bir şöbəsi kimi görürlər. Elə bölgə də var ki, icra başçısı kluba ögey münasibət bəsləyir. Yəni elə bil ki, heç bu bölgənin komandası deyil.
- Hansı bölgədən danışırsınız?
- Bunu açıqlamasam, yaxşı olar.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?