"Çelsi"nin hücumçusu Kay Havertz heyvanlara, xüsusilə eşşəklərə olan sevgisindən danışıb.
Qol.az xəbər verir ki, almaniyalı futbolçu "The Guardian"a açıqlamasında deyib:
“Bəzi komanda yoldaşlarım mənə eşşək deyirlər. Söhbət mənim oyunumla bağlı deyil. Uşaqlıqdan eşşəklərlə xüsusi münasibət bəsləmişəm. Çox sakit heyvandır. Bəlkə də mən özümü onlarla təcəssüm etdirmişəm. Çünki mən də sakitəm. Onlar bütün günü dincəlirlər, demək olar ki, heç nə etmirlər, sadəcə həyatlarından həzz alırlar.
Mən onları həmişə sevmişəm. Uduzanda heyvanlara baxıram, onlarda insani bir şey görürəm. Onda özümü rahat hiss edirəm".
Qeyd edək ki, Almaniya millisinin üzvü 2020-ci ildən "Çelsi"də çıxış edir. O, bu mövsüm London klubunda ümumilikdə 36 oyuna 9 qol vurub.
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu