"Qarabağ"ın prezidenti Tahir Gözəl "Qalatasaray"la keçirəcəkləri xeyriyyə oyunu haqqında danışıb.
Qol.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunmuş brifinqdə iki qardaş ölkənin komandalarının bu cür matçda bir araya gələcəyinə görə sevincli olduğunu deyib:
"Bilirsiz ki, bu yaxınlarda Türkiyədə böyük faciə baş verdi. Azərbaycan dövləti, xalqı öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi. Türkiyəyə böyük yardımlar edildi. Çox sevinirəm ki, "Qarabağ” və “Qalatasaray” əl-ələ verib, Türkiyənin bu ağır durumunda kömək və dəstək üçün bir yerə gəldilər. Belə möhtəşəm oyunu təşkil etmək imkanımız oldu.
Oyun keçirmək üçün təklif hər iki tərəfdən oldu. Biz təklif etdik, “Qalatasaray” tərəfi də müsbət cavablandırdı. Bundan əvvəl “Beşiktaş”la da söhbətimiz olmuşdu. Sadəcə “Qalatasaray”dan konkret addım gəldi. Bu cür oyunun olmasını çox istəyirdik. Qismət bu vaxta imiş".
T. Gözəl qeyd edib ki, stadionda gözəl ab-hava olacaq: "Sabah gözəl gün olacaq. Stadionda möhtəşəm ab-havanın olacağını düşünürəm. Sabah kimin qalib gəlməsinin önəmi yoxdur. Əsas odur ki, 2 qardaş ölkənin komandaları üz-üzə gəlir. Biri Azərbaycan çempionu, digəri Superliqanın hazırkı lideri. Azarkeşlərin əlində 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı olacaq. Bəzi futbolçularımız millidə çıxış etdikləri üçün komandada yoxdurlar. Bəzi oyunçuları geri çağırdıq".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Sabah"ın pley-offdakı rəqibi məlum oldu
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
ÇL-də pley-offçular müəyyənləşir
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"