Almaniya Bundeliqasının 25-ci turunda keçirilən "Bayer" - "Bavariya" matçında (2:1) kuryoz hadisə baş verib.
Qol.az xəbər verir ki, görüşün baş hakimi Tobias Steyler matç ərzində Leverkuzen təmsilçisinin futbolçusu Amin Adliyə iki dəfə sarı vərəqə göstərib və sonradan qərarını dəyişib.
Əvvəlcə 53-cü dəqiqədə rəqib futbolçusu Benjamin Pavarın cərimə meydanında Adliyə qarşı kobud oyunu zamanı hakim səhv edib. O, bunu simulyasiya kimi qiymətləndirib və Adliyə sarı vərəqə göstərib. VAR-a baxıldıqdan sonra isə referi fransız yarımmüdafiəçinin sarı vərəqəsini ləğv edərək "Bavariya"nın qapısına penalti təyin edib. Palasios qapını düzgün nişan alıb.

70-ci dəqiqədə isə "Bavariya"nın futbolçusu Dayo Upamekano cərimə meydanında Adliyə qarşı kobud oynayıb. Referi yenə fransız futbolçunun simulyasiya etdiyini düşünərək ona sarı vərəqə göstərib. Lakin baş hakim yenidən VAR-a baxmağa dəvət olunub. O, bu dəfə də səhv etdiyini başa düşüb və ikinci dəfə Adli ilə bağlı qərarını dəyişib. O, "Bavariya"nın qapısına penalti təyin edib. Palasios dubl edərək komandasına qələbə qazandırıb - 2:1.

Almaniyada Avropanın digər çempionatlarından fərqli olaraq hakimlərə matçlardan sonra şərh verməyə icazə verilir. Tobias Steyler səhvləri barədə bunları deyib: “VAR mənim həyatımı və matçın taleyini xilas etdi. Yekunda düzgün qərarlar qəbul edildiyi üçün hər iki komanda sevindi. Bizə qalan tək şey gülməkdir. Adli ilə matç zamanı və matçdan sonra qucaqlaşdıq. O, mənə formasını da söz verdi”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı