"Tottenhem"in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Milan"la oyunların nəticələrinə əsasən, mübarizəni dayandırmaları barədə danışıb.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Tottenhem" ötən gecə cavab oyununda İtaliya klubu ilə qolsuz heç-heçə etsə də, ilk görüşdə uduzduğu (0:1) üçün mərhələni keçə bilməyib. Konte isə bu uğursuzluqla bağlı deyib:
“İlk oyunda hər iki komandada əsas oyunçu yox idi. "Milan" onları bugünkü oyun üçün sıraya qaytarmağı bacardı. Menyan onların komandasında çox vacib oyunçudur. Ayaqları ilə əla oynayır və təzyiqimizdən effektiv şəkildə xilas olurdu.
Qarşımıza ilk dəqiqələrdən irəli getmək və yüksək təzyiq göstərmək vəzifəsi qoymuşduq, lakin “Milan” bunun öhdəsindən yaxşı gəldi. Mən futbolçularımı qınaya bilmərəm, çünki onlar əllərindən gələni etdilər.
Biz keçən illə müqayisədə xeyli yaxşılaşmışıq və daha da yaxşı olmalıyıq. Düşünürəm ki, belə matçlarda bizə nəticəni xeyrimizə həll edə biləcək lider çatışmır. İndi biz Premyer Liqada yolumuza davam etməliyik və mövsümü bacardığımız qədər yaxşı başa vurmalıyıq”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Zubirdən vida mesajı
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi