"Qarabağ" və "Neftçi"nin beynəlxalq turnirdəki rəqibləri bilindi

"Qarabağ" və "Neftçi"nin beynəlxalq turnirdəki rəqibləri bilindi
ÖLKƏ FUTBOLU 5 Mart 2023 / 10:32 2607
-  A +

Aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində “Qarabağ” və "Neftçi"nin U-12 komandaları da iştirak edəcək.

Qol.az xəbər verir ki, hər iki klubun mətbuat xidməti turnirdəki rəqiblərin adlarını açıqlayıb.

Elşad Xudadatovun baş məşqçisi olduğu "Qarabağ"ın U-12 komandası “Ayaks” (Niderland), “Başakşəhər” (Türkiyə), “Bursaspor” (Türkiyə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Manisa” (Türkiyə) və “Altınordu” (Türkiyə) klubları ilə birlikdə E qrupunda qərarlaşıb.

 Vaqif Əliyevin çalışdırdığı "Neftçi"nin U-12 komandası isə H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
topaz banner