Bu gün “Turan Tovuz" ilə "Huner Group" arasında əməkdaşlıq (sponsorluq) müqaviləsi imzalanıb.
Qol.az-ın Tovuza ezam olunan müxbiri xəbər verir ki, tədbirdə "Huner group"un təsisçisi Ehtiram Quliyev, "Turan Tovuz" FK-nin İdarə Heyətinin sədri Rəşid Məhərrəmov, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev iştirak edib.
İmzalanma mərasimində çıxış edən Rəşid Məhərrəmov əvvəlcə Türkiyədə baş verən zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Komandanın tarixi barədə danışan Rəşid Məhərrəmov müstəqillik dövründə Tovuz təmsilçisinin çıxışı barədə danışıb. O, “Turan Tovuz"un 9 illik fasilədən sonra ötən il Premyer Liqaya qayıtdığını xatırladıb. Rəşid Məhərrəmov bunda Futbolun İnkişafı Fondunun da rolu olduğunu vurğulayıb.
Klubun yaradıcısı Vidadi Əhmədov isə öz çıxışında “Huner Group”la əməkdaşlığın uğurlu olacağına inandığını deyib. O, kluba verilən bu dəstəyin komandanın və ümumilikdə Tovuz futbolunun inkişafında xüsusi rola malik olacağını qeyd edib.
Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev sözügedən sponsorluq müqaviləsinin, atılan bu addımın uzunömürlü olması üçün çalışacaqlarını vurğulayıb. FİF rəhbəri bu tərəfdaşlığın digər bölgələrdə futbolun inkişafına təsir göstərəcəyinə ümid etdiyini bildirib.
“Huner group"un təsisçisi Ehtiram Quliyev çıxışında əvvəlcə Türkiyədə baş verən zəlzələyə görə qardaş
xalqa başsağlığı verib. “Turan Tovuz” və ümumilikdə Azərbaycan futboluna dövlət dəstəyindən danışan Ehtiram Quliyev Tovuz təmsilçisinin tarixi inkişafında sözügedən faktorların danılmaz olduğunu qeyd edib.
Sonda "Huner group" təsisçisi Ehtiram Quliyev, FİF icraçı direktoru Tural Piriyev və "Turan Tovuz"un idarə heyətinin sədri Rəşid Məhərrəmovun iştirakı ilə imzalanma mərasimi keçirilib. Tərəflər arasında müqavilə 4 il yarım müddətinə nəzərdə tutulub.
Jurnalistlərin suallarını cavablandıran “Huner Group”un təsisçisi Ehtiram Quliyev deyib ki, “Turan Tovuz" üçün avtobus alışına dəstək olacaqlar.
O, Tovuzda futbola marağın artırılması üçün bacardıqları qədər yüksək səviyyədə işlər həyata keçiriləcəklərini qeyd edib. Ehtiram Quliyev komanda birinci diviziona düşsə belə, sponsorluq müqaviləsinin davam edəcəyini vurğulayıb. E.Quliyev yaxın zamanlarda digər iş adamlarının da futbola sponsorluq edəcəyinə inamını ifadə edib.
Azad Nuriyev
Yuxarı
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq