Hidayət qələbə ilə başladı - Yenilənib

Hidayət qələbə ilə başladı - Yenilənib
CÜDO 6 Oktyabr 2026 / 11:09 1181
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur. Görüşlər saat 10:30-da başlayıb.

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. O, 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Castin Lemir (Kanada) ilə görüşəcək.

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gələcək.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner