Bu il Azərbaycan boksçuları müxtəlif yaş qrupları üzrə 77 medal qazanıblar.
Qol.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yığmalar bu mükafatları qatıldıqları 15 beynəlxalq yarışda əldə ediblər.
Onlardan 30-u qızıl, 20-si gümüş və 27-si bürüncdür.
Avropa çempionatlarında 18 medal
Boksçular 77 medaldan 18-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandaların üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışlarda qadınların Avropa çempionatı istisna olmaqla, hər birində qızıl mükafat qazanıblar.
Yığmanın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq), məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq), yeniyetmələrin Avropa birinciliyində Məhəmmədəli Qasımzadə (57 kq) və Emili Rzayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.
Komandalar göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi), digərində 7-ci (yeniyetmələrin Avropa birinciliyi) olub.
İdmançılar Avropa birinciliklərində 5 qızıl medalla yanaşı, 5 gümüş və 8 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçu da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Həmçinin Emili Rzayeva (70 kq) yeniyetmələr arasında qitə birinciliyində ilk dəfə himnimizi səsləndirən azərbaycanlı boksçu adına yiyələnib. Qadın boksçular isə 3 illik fasilədən sonra Avropa çempionatından ölkəyə medallarla qayıdıblar.
Olimpiya qızılına doğru
Ayrı-ayrı yığmalara gəlincə, son 11 ayda kişi boksçulardan ibarət komanda daha çox medal qazanıb. Milli iştirak etdiyi 4 beynəlxalq turnirdə 13 qızıl, 4 gümüş və 12 bürünc mükafata yiyələnib. Federasiyanın “Olimpiya qızılına doğru” başlatdığı devizi nəzərə alsaq, bu kifayət qədər uğurlu nəticədir. 49 boksçu ilə təmsil olunduğumuz turnirlərdə 60,4 faizlik göstərici qeydə alınıb.
U-22-lərin Avropa çempionatında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb.
Qadın boksçular isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala yiyələniblər.
Gənc və yeniyetmələrdən ibarət komandalardan uğurlu göstərici
Yeniyetmə idmançıların hesabında 21 medal var. Azərbaycan boksunun sabahı hesab olunan komanda iştirak etdiyi 5 beynəlxalq turnirdən Vətənə uğurla qayıdıb. Onlardan 14-ü oğlanların, 7-si qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 26-ya bərabərdir. Medallardan 10-u qızıl, 10-u gümüş və 6-sı bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.
Gənc oğlan boksçuların hesabında isə 16 medal var. Həmin mükafatlar 3 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?