"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
Qol.az xəbər verir ki, almaniyalı futbolçu klubun rəsmi saytına açıqlamasında PSJ-nin gücünə bələd olduqlarını deyib:
“Əlbəttə, “Bavariya” PSJ-nin son illərdəki gücünü bilir. İki-üç dəfə bu komanda ilə Çempionlar Liqasında qarşılaşmışıq. Bizi nə gözlədiyini təsəvvür edirik. Bu mərhələ üçün ən münasib rəqib olmasa da, azarkeşlər üçün belə bir qarşılaşma diqqət mərkəzində olacaq. Onların Fransa çempionatındakı oyunları ilə tanışıq, hücum üçlüyündən xəbərimiz var".
Müller mərhələni keçəcəklərinə əmin olduğunu da bildirib: "Təəssüf ki, kimsə mübarizəni dayandıracaq. Əslində hər iki komanda Çempionlar Liqasını qazanmağı hədəfləyib. İnanıram ki, "Bavariya" daha da irəli gedə biləcək. Azarkeşlər iki möhtəşəm matçı səbirsizliklə gözləyə bilərlər. Əminəm ki, biz növbəti mərhələyə yüksələcəyik".
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.
Zubirdən vida mesajı
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi