Misli Premyer Liqasının bu gün keçirilən 12-ci turunun ilk oyununda maraqlı anlar yaşanıb.
Qol.az xəbər verir ki, hadisə “Turan Tovuz” - “Sumqayıt” matçında (1:0) baş verib. Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov sevincini çılğın formada ifadə edib. 88-ci dəqiqədə Şəhriyar Əliyev qol vurduqdan sonra ilk olaraq məhz A.Abbasovun yanına gedib. Bu zaman artıq gənc mütəxəssis meydana daxil olaraq futbolçuları ilə qol sevincini bayram edirdi.
A.Abbasovun sevincini belə tərzdə ifadə etməsi isə bir məqama diqqət çəkib. O, 2021-ci ilin dekabrında baş məşqçisi olduğu “Sumqayıt”dan istefaya göndərilmişdi. Buna görə isə dəfələrlə incikliyini ifadə etmişdi.
A.Abbasov oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı məsələyə toxunub və ad çəkməsə də, sevincinin “Sumqayıt”ın hazır rəhbərliyinə mesaj olduğunu gizlətməyib.
“Mən ümumən hər qola çox sevinirəm. Amma onu da deyim ki, bu qol bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar” - deyə A.Abbasov bildirib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi