"Son 3 oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmasını istəyirik. Hər 3 qarşılaşmada əlimizdən gələni etdik".
Qol.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının sonuncu turunda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"B Diviziona yüksələ bilmədiyimiz üçün məyusuq. Bunu bacara bilərdik. Qazaxıstanla səfər matçında qalib gələ bilərdik. Təəssüf ki, 2-ci hissədə qollar buraxdıq" - deyə o bildirib.
B.Mustafazadənin sözlərinə görə, şans varsa, yararlanmaq lazımdır: "Pley-offa vəsiqə qazansaq, əla olar. İstənilən halda, uğurlu seriyanı davam etdirməyə çalışacağıq".
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi