Yunanıstan mətbuatında “Olimpiakos”un baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı müzakirələr davam etməkdədir.
Qol.az xəbər verir ki, bu bazar günü Pirey təmsilçisi Karlos Korberanla yolları ayırdığını açıqlayıb. 39 yaşlı ispan mütəxəssisin Yunanıstan karyerası heç 2 ay çəkməyib. “Olimpiakos”un “Makkabi”yə (Hayfa) uduzduğu ÇL-in üçüncü təsnifat mərhələsindən sonra, avqustun 1-də yunan klubuna baş məşqçi təyin olunan Korberan sentyabrın 18-də istefaya göndərilib. Buna komandanın həm yerli çempionatda, həm də Avropa Liqasında uğursuz çıxışları səbəb olub.
Bəli, komanda güclü heyətə malik olsa da, hazırda heç də yaxşı vəziyyətdə deyil: nə daxili çempionatda, nə də Avropada.
Məlum olduğu kimi, “Olimpiakos” Avroliqada “Qarabağ”la eyni qrupda yarışır. Yunanlar qrupdakı ilk iki oyunda “Nant”a Fransada 1:2, “Frayburq”a (Almaniya) isə öz meydanında 0:3 hesabı ilə uduzub və sonuncu yerdədir. Yunanıstan çempionatında isə komanda 5 oyundan 8 xalla 5-ci yeri tutur və lider “Panatinaikos”dan 7 xal geri qalır. Düzdür, hələ çox şey itirilməyib, amma indi vəziyyətin onlar üçün ürəkaçan olmadığı da bəllidir.
“Olimpiakos”un bu uğursuzluğu təəccüb doğurur. “Olimpiakos”un reytinqi yüksək olduğuna görə komanda Avroliqanın püşkatmasına birinci səbətdən qatılıb. Amma birinci səbətdəki komanda indi öz qrupunda, yuxarıda qeyd edildiyi kimi, axırıncı pillədədir. Klubun yeni mövsüm öncə həyata keçirdiyi səs-küylü transferlərin komandaya ciddi faydası hiss olunmur. Lakin o da unudulmamalıdır ki, onlar komandaya yeni qoşulub və mövsümün əvvəli olduğundan müəyyən ləngimələr qaçılmazdır.
Xames Rodriges
Məsələn Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselo hələ rəsmi debüt oyununa çıxmayıb. Digər supertransfer - Kolumsiya millisi, “Bavariya”, “Real” kimi superklublarda da oynamış Xames Rodrigesə gəlincə, o, sentyabrın 18-də “Aris”ə qarşı Yunanıstan superliqasının 5-ci turunda ilk dəfə “Olimpiakos”un heyətində yer alıb. 71-ci dəqiqədə oyuna daxil olan 31 yaşlı kolumbiyalı yarımmüdafiəçi yerli medianın yüksək qiymətinə layiq görülüb.
“Qarabağ”la oyunlar “Olimpiakos” üçün çox vacib matçlar olacaq. Ona görə də istənilən arxayınlaşma Ağdam klubuna ağır başa gələ bilər. Unutmayaq ki, Avroliqada mübarizəni davam etdirmək baxımından bu 2 oyundan ən azı birində yunanlara hökmən 3 xal lazımdır. Amma bu da pireylilər üçün asan olmayacaq. Çünki “Olimpiakos” hazırda yüksək formada olan “Qarabağ”a qarşı oynayacaq və Ağdam klubu hər iki görüşdə ən azı 4 xalı hədəf seçib.
Onu da qeyd etmək lazımdır ki, Marselo və Xamesdən başqa da “Olimpiakos”un heyətində bir neçə digər tanınmış oyunçu da yer alır: Tomas Vaslik, Konstantinos Manolas, Sokratis Papastathopuolos, Ousseynou Ba, Papa Sisse, Abdulbakar Kamara, Yousses Er Arabi və sair.
Loran Blan
Bəs, bu oyunçuları “Qarabağ”, eləcə də superliqa və Avroliqadakı oyunlara kim çıxaracaq?
Hazırda Yunanıstan mətbuatında Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan əsas namizəd kimi göstərilir. Onun son klubu Qətərin “Ər-Rayan” komandası olub. Pirey təmsilçisinin 56 yaşlı mütəxəssisə 2+1 illik müqavilə təklif etdiyi iddia olunur. O, Qətərdə ilinə 3 milyon avro qazanıb.
sport24.gr saytı isə bildirir ki, baş məşqçi vəzifəsinə namizədlər sırasında başqa bir neçə tanınmış məşqçi də var. Bunlardan biri də “Barselona”nın sabiq çalışdırıcısı Kike Setyendir. “Srvena Zvezda”nın (Serbiya) sabiq baş məşqçisi Deyan Stankoviçin adı da namizədlər sırasında çəkilir. Lakin yerli medianın fikrincə, yekunda üstünlük Loran Blana veriləcək. Yeni baş məşqçinin adı isə tezliklə açıqlanmalıdır. Çünki qarşıdan həm “Qarabağ”, həm də yerli çempionatda vacib oyunlar gəlir. Vaxt isə çox azdır.
ELNUR
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi