PFL-də daha bir yeni kadr təyinatı

PFL-də daha bir yeni kadr təyinatı
XƏBƏR 29 Avqust 2022 / 17:18 2117
-  A +

Peşəkar Futbol Liqasında struktur və kadr dəyişikliyi davam edir.

Qol.az xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən, qurumda icraçı direktor vəzifəsi təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkəmizdə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. Peşəkar Futbol Liqasının yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

Qeyd edək ki, buna qədər Peşəkar Futbol Liqasında Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner