Benzema: "Qızıl top"dan uzaqda deyiləm"

Benzema: "Qızıl top"dan uzaqda deyiləm"
XƏBƏR 29 Avqust 2022 / 13:29 1923
-  A +

"Real"ın futbolçusu Kərim Benzema "Qızıl top"u qazanmağa yaxın olduğunu düşünür.

Qol.az GFFN-ə istinadən xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özü açıqlamasında bildirib. O deyib: 

“Gəlin görək, nə baş verir. Səsverməni gözləmək lazımdır. "Qızıl top" mənim uşaqlıq arzumdur. İndi mən bunun reallaşmasından o qədər də uzaq deyiləm".

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Benzema UEFA tərəfindən ötən mövsümün ən yaxşı oyunçusu seçilib .


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner