"Mançester Yunayted" braziliyalı futbolçu ilə razılığa gəldi

"Mançester Yunayted" braziliyalı futbolçu ilə razılığa gəldi
XƏBƏR 29 Avqust 2022 / 13:09 2718
-  A +

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Qol.az "Mirror"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Ayaks”ın yarımmüdafiəçisi Antoni ilə razılaşıb. 

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir. Braziliyalı yarımmüdafiəçinin keçidi üçün “Ayaks”a 100 milyon avro ödəniləcəyi bildirilir.

Qeyd edək ki, Antoni ötən mövsüm Niderland çempionatında 23 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner