Obameyanqı döydülər, evini qarət etdilər

Obameyanqı döydülər, evini qarət etdilər
XƏBƏR 29 Avqust 2022 / 11:56 4789
-  A +

"Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanqın evi qarət edilib. 

Qol.az "El Pais"ə istinadən xəbər verir ki, 4 nəfər oğru oyunçunun evindəki seyfi açaraq oradan qızıl-zinət əşyaları götürüb.

Bildirilir ki, qarətçilər Obameyanqı və onun həyat yoldaşını odlu silahla hədələyiblər. Daha sonra oğrular hücumçunu döyüblər və maşına minərək qaçıblar.

Polis hazırda qarətçiləri axtarır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner