Rüfətin komandası uduzdu

Rüfətin komandası uduzdu
XƏBƏR 29 Avqust 2022 / 00:19 1524
-  A +

Almaniyanın Qərb Regional Liqasında 6-ci turun oyunları keçirilir. 

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda evdə “Kaan-Marienborn”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Rüfət bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

“Şalke”nin ikinci komandası hazırda 7 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner