"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı sonuncu rəqibi də bilindi

"Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı sonuncu rəqibi də bilindi
XƏBƏR 28 Avqust 2022 / 19:36 1874
-  A +

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz Naxçıvan”ın əsas mərhələdəki sonuncu rəqibi də müəyyənləşib.

Qol.az xəbər verir ki, ilkin mərhələnin D qrupunda keçirilən “Minerva” (İsveçrə) – “Loznika Qrad” (Serbiya) matçında qələbə qazanan Serbiya təmsilçisi maksimum xalla birinci yeri tutub və növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Beləliklə 25-30 oktyabr tarixlərində keçiriləcək əsas mərhələnin 5-ci qrupunda “Araz Naxçıvan” “Mostar” (Bosniya və Herseqovina), “Orebro” (İsveç) və “Loznika Qrad” (Serbiya) komandaları ilə qarşılaşacaq. Oyunlar Bosniya və Herseqovinada keçiriləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner