İtaliya millisinin üzvü "Roma"da

İtaliya millisinin üzvü "Roma"da
XƏBƏR 28 Avqust 2022 / 17:41 2605
-  A +

"Roma" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi "Torino"dan ayrılan Andrea Belotti ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

28 yaşlı hücumçu artıq Romaya gələrək, tibbi müayinədən keçib. Transferin yaxın zamanda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ilin yayından “Torino”da çıxış edən Belotti bu müddətdə 251 oyuna 113 qol vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner