"Məsələ Mbappe olanda milçəyi şişirdib fil edirlər"

"Məsələ Mbappe olanda milçəyi şişirdib fil edirlər"
XƏBƏR 28 Avqust 2022 / 16:24 3432
-  A +

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi futbolçuları Kilian Mbappe və Neymar arasında olan gərginlik barədə danışıb. 

Qol.az "Telefoot"a istinadən xəbər verir ki, o deyib:

"Problem yoxdur. Bunları yazan siz mətbuat işçilərisiniz, düzdürmü? Bizim üçün belə şeylər ciddi deyil. Biz qardaşımız və ya bacımızla da mübahisə edə bilərik. Bu, normaldır. Amma məsələ Kiliana gələn kimi insanlar dərhal milçəyi şişirdib fil edirlər. Onlar yaxşı dost, yaxşı tərəfdaşdırlar. Həmişə də belə olacaqlar”.

Qeyd edək ki, daha əvvəl Mbappenin klub rəhbərliyindən Neymarı komandadan göndərmələrini istədiyi barədə məlumatlar yayılmışdı.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner