"Frayburq"un futbolçusu: “Bizə üç əla rəqib düşüb"

"Frayburq"un futbolçusu: “Bizə üç əla rəqib düşüb"
XƏBƏR 28 Avqust 2022 / 12:26 4901
-  A +

“Frayburq”un futbolçusu Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib. 

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, avstriyalı yarımmüdafiəçi “Olimpiakos” (Yunanıstan), "Qarabağ" və “Nant”la (Fransa) eyni qrupa düşməkləri ilə bağlı deyib: “Bizə üç əla rəqib düşüb. Üç əla səfərimiz olacaq. Bu rəqiblərlə oyunları səbirsizliklə gözləyirəm. Daha da inkişaf etmək əsas istəyimizdir. “Şturm Qrats”la eyni qrupa düşməyimizi istəyirdim. Bu komanda ilə rəqib kimi doğma ölkəmdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı “Şturm Qrats"ın 4-cü səbətdən adı "Nant"dan daha erkən çıxdı”.

Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrupunda ilk oyununu sentyabrın 8-i məhz Almaniyada "Frayburq"a qarşı keçirəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner