“Qarabağ” Vadji xəbərlərini rəsmən təsdiqlədi - “Artıq Fransaya gedib”

“Qarabağ” Vadji xəbərlərini rəsmən təsdiqlədi - “Artıq Fransaya gedib”
XƏBƏR 28 Avqust 2022 / 11:59 9716
-  A +

"Qarabağ"ın direktoru Emrah Çelikel komandanın futbolçusu İbrahima Vadjinin transferi üçün "Sent Etyen"lə danışıqlar apardıqlarını təsdiqləyib.

Bu barədə o, Qol.az-a açıqlamasında deyib. Klub rəsmisi bildirib ki, seneqallı oyunçu tibbi müayinədən keçmək üçün artıq Fransaya yola düşüb: "Ancaq hələlik müqavilə imzalanmayıb. Futbolçu hələ tibbi müayinədən keçməlidir. Yalnız bu prosedur başa çatdıqdan sonra müqavilə imzalana bilər”.

Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün "Sent-Etyen"in "Qarabağ"a 1 milyon avro təzminat ödəyəcəyini yazıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner