Sabah Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq. Günün yeganə matçında çempionatın liderləri üz-üzə gələcək. İlk üç turda xal itkisi ilə üzləşməyən “Qəbələ” və “Sabah” “qırmızı-qaralar”ın meydanında qarşılaşacaq.
Qol.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 20-ci matç olacaq. İndiyədək rəqiblər ümumilikdə 19 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən komanda 3 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran futbolçularımız eyni sayda top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 19 matçdan 15-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 7 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 15:21.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan komanda 2 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən futbolçular 13 top buraxıb.
Xatırladaq ki, avqustun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 20:00-da başlayacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı