"Qrupun ən güclüsü "Olimpiakos"dur" - "Nant"ın baş məşqçisi

"Qrupun ən güclüsü "Olimpiakos"dur" - "Nant"ın baş məşqçisi
XƏBƏR 27 Avqust 2022 / 09:25 9533
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Nant"ın (Fransa) baş məşqçisi Antuan Kombuare turnirin püşkü barədə fikirlərini bölüşüb. 

Qol.az actu.fr-a istinadən xəbər verir ki, mətbuat konfransı keçirən mütəxəssis yarışda sonadək mübarizə aparmaq niyyətində olduqlarını deyib: 

"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur. Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və avrokuboku yenidən kəşf edəcəyik. Bəzi futbolçular "Roma", "Mançester Yunayted", "Arsenal" kimi nəhəng komandalara qarşı oynamaq istəyirdi. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik".

Qeyd edək ki, "Qarabağ"ın G qrupundakı digər rəqibləri "Frayburq" (Almaniya) və "Olimpiakos"dur (Yunanıstan).


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner