"Mançester Yunayted"in təklifi yenə rədd edildi

"Mançester Yunayted"in təklifi yenə rədd edildi
XƏBƏR 27 Avqust 2022 / 09:00 2011
-  A +

"Mançester Yunayted"in "Ayaks"ın futbolçusu Entoni üçün göndərdiyi 94 milyon avroluq təklif rədd edilib.

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Niderland təmsilçisi 22 yaşlı yarımmüdafiəçini satmaq niyyətində deyil. Ona görə də klub əvvəllər olduğu kimi, "qırmızı şeytanlar"ın bu təklifini də rədd edib.

Entoni isə öz açıqlamasında "Ayaks"dan ayrılıb, "Mançester Yunayted"ə keçmək istədiyini bildirib:

"Bu gün klubla görüşdə ayrılmaq istədiyimi bildirdim. Ancaq bu dəfə masada daha möhkəm halda danışdıq. “Ayaks” imtina etdi və mənim yerimə əvəzedici tapmaq üçün cəmi 5 günlərinin olduğunu iddia etdilər".


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner