"Qrupdan lider kimi çıxmaq istəyirik" - "Olimpiakos"un baş məşqçisi

"Qrupdan lider kimi çıxmaq istəyirik" - "Olimpiakos"un baş məşqçisi
XƏBƏR 26 Avqust 2022 / 17:50 5784
-  A +

Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqiblərindən biri olan "Olimpiakos"un (Yunanıstan) baş məşqçisi Karlos Korberan turnirin püşkü barədə fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında qrupdan lider kimi çıxmaq istədiklərini deyib:

“Əvvəldən bilirdik ki, bu, Avropa Liqasıdır və asan rəqib olmayacaq. Çünki onların hər biri böyük yarışda iştirak edirlər. Önəmli olan özümüzü Avropa Liqasının oyunlarına düzgün hazırlamağımızdır. Təbii ki, “Olimpiakos”un məqsədi Avropa Liqasının qrupundan çıxmaqdır. Keçən il bunu ikinci yeri tutmaqla bacardıq. İndi isə biz gücümüzü qorumaq, yaxşı oynamaq və qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. "Olimpiakos" hər zaman hazır olmalıdır. Çünki bu, məqsədləri olan klubdur. Zaman azdır, amma hər gün səy göstərməli və təkmilləşməliyik. Həmçinin, transfer pəncərəsi bağlanana qədər rəqabətədavamlı olmaq üçün özümüzü gücləndirmək istəyirik”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsi sentyabrın 8-də start götürəcək. "Qarabağ"ın G qrupundakı digər rəqibləri isə "Frayburq" (Almaniya) və "Nant"dır (Fransa).


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner