Müllerdən Levandovskiyə: "Münhendə görüşərik"

Müllerdən Levandovskiyə: "Münhendə görüşərik"
XƏBƏR 26 Avqust 2022 / 14:14 4316
-  A +

"Bavariya"nın futbolçusu Tomas Müller Münhen təmsilçisindəki sabiq komanda yoldaşı, bu yay "Barselona"ya keçən Robert Levandovski ilə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı üçün məmnundur. 

Qol.az xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. Oyunçu turnirin püşkatma mərasimindən sonra Levandovskiyə səslənib və deyib:

"Bu, bütün futbol fanatları üçün gözəl bir qarşılaşmadır. Cənab Levandovski, yaxında Münhendə görüşərik. Gedək, Çempionlar Liqasının yeni mövsümünü çılğınlaşdıraq". 

Qeyd edək ki, "Bavariya" C qrupunda "Barselona" ilə yanaşı, "İnter" və "Qarabağ"ı pley-offda mübarizədən kənarlaşdıran "Viktoriya" ilə üz-üzə gələcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner