Ançelotti Çempionlar Liqasının püşkünü dəyərləndirdi

Ançelotti Çempionlar Liqasının püşkünü dəyərləndirdi
XƏBƏR 26 Avqust 2022 / 13:26 4747
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin püşkü barədə fikirlərini bölüşüb. 

Qol.az "Mundo Dportivo"ya istinadən xəbər verir ki, o, F qrupundakı rəqibləri "Leyptsiq", "Şaxtyor" və "Seltik"ə hörmətlə yanaşmalı olduqlarını deyib:

“Bu, xüsusi Çempionlar Liqası olacaq. Çünki qrup mərhələsinin bütün oyunlarını 2 ay ərzində keçirməliyik. Keçən il "Şerif"lə ev matçı ən asan kimi göründü, amma biz uduzduq. Ona görə də rəqiblərə hörmətlə yanaşmalıyıq. Qlazqo və Leyptsiqdə oynamaq asan olmayacaq. Qalan komandalar "Real"a necə hörmət edirsə, biz də rəqiblərə elə hörmətlə yanaşmalıyıq”.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi də elə "Real"dır. Həmçinin Ançelotti UEFA tərəfindən ötən mövsümün ən yaxşı məşqçisi seçilib


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner