"Viktoriya"nı qiymətləndirməmək olmaz" - Noyer

"Viktoriya"nı qiymətləndirməmək olmaz" - Noyer
XƏBƏR 26 Avqust 2022 / 11:15 4743
-  A +

"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. 

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, qolkiper C qrupunda "Barselona", "İnter" və pley off-da "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Viktroriya" ilə keçirəcəkləri matçlar barədə danışıb:

"Barselona" və "İnter" qrup mərhələsində parlaq komandalardır: İki super klub, iki super stadion... Mən bu qrupdakı matçları səbirsizliklə gözləyirəm. Məqsədimiz qrupdan çıxmaqdır. Lakin Plzen "Viktoriya"sını da qiymətləndirməmək olmaz. Robert Levandovski ilə belə tezliklə görüşə biləcəyimiz isə çox xoşdur”.

Qeyd edək ki, Robert bu yay transfer pəncərəsində "Bavariya"dan "Barelona"ya keçib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner