Klopp: "Bu, əsl futbol qrupudur"

Klopp: "Bu, əsl futbol qrupudur"
XƏBƏR 26 Avqust 2022 / 10:50 5393
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin püşkü barədə fikirlərini bölüşüb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, A qrupunda "Napoli", "Ayaks" və "Reyncers"lə mübarizə aparacaq komandanın çalışdırıcısı oyunların çətin və maraqı keçəcəyini  deyib:

"Əvvəlcə onu deyim ki, bu komandamız üçün layiqli qrupdur. Oradakı bütün komandalar tarixə və keyfiyyətə malikdirlər. Hamının, o cümlədən bizim də şansımız var. Oyunları səbrsizliklə gözləyirik. Cəmi bir neçə il əvvəl "Ayaks"la 2 çətin oyun keçirdik. "Napoli" ilə müntəzəm olaraq heç-heçə edirik. "Reyncers" bizim üçün yeni rəqibdir, lakin biz onları tanıyırıq. "Reyncers" son bir neçə ildə çox yaxşı işlər görüb. Ümumilikdə isə qrupdakı 6 oyunun hamısı çətin və maraqlı keçəcək. Mən bundan məmnunam. Bu, əsl futbol qrupudur".


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner